Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qubadlı təhsilinin inkişaf dinamikası günbəgün artmaqda davam edir

0

  • Ali
    təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika
    üzrə II yerdə qərarlaşıb Koronovirus pandemiyası dünya təhsil
    sistemində də təsirsiz ötüşmədi. Ölkədə bütün sahələrdə olduğu kimi, Azərbaycan
    Respublikası Təhsil Nazirliyi tərəfindən yerli təhsil müəssisələrinə vəziyyətə
    həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı dərhal təlimat
    verildi. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus
    infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə
    təlimat” hazırlandı və tətbiq edildi. Vaxtında aparılan tədbirlər sanitar-gigiyenik
    vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi və yoluxma halları demək olar
    ki, baş vermədi. İlk öncə ümumi təhsil pilləsində teledərslərin təşkili ilə
    bağlı işlərə start verildi və qısa müddətdə yüksək peşəkarlığa malik müəllimlərdən
    ibarət heyət müəyyənləşdirildi. Və nəticə etibarilə ölkənin bütün
    regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz təhsil alması
    üçün bütün zəruri addımlar atılmış oldu. Xüsusi vurğulamaq lazımdır ki,
    pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi
    saytında təqdim edilən siyahıda yer almışdır.

    Pandemiya dövründə
    təhsildə gözlənən problemlərin minimuma endirilməsi istiqamətində Qubadlı Rayon
    Təhsil Şöbəsi də ilk gündən sistemli yanaşmalar, problemə dərhal çevik
    reyaksiyaların göstərilməsi sayəsində ciddi uğurlara imza atmış oldu. Burada
    bir məqamı qeyd etmək lazımdı ki, uzun illərdir ki, təhsildə keyfiyyət
    faktorları nəzərə alınmaqla Qubadlı təhsili ilk onluqda öz yerini qoruyub
    saxlamaqdadır. Şübhəsiz ki, rayonun təhsil sistemində belə bir müsbət
    tendesiyanın baş verməsində Qubadlı Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlovun
    xüsusi əməyi danılmazdır. Məhz Fuad müəllimin təşəbbüsü sayəsində müəllimlərin
    akademik bacarıqlarının artırılması, müəllim nüfuzuznun, peşəkarlıq səviyyəsinin
    artırılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Müəllimlərin işə
    qəbulu zamanı şəffaflığın qorunub saxlanılması üçün qanunvericiliyin bütün tələbləri
    gözlənilməklə, müəllimlər arasında sağlam rəqabət və motivasiyanın güclənməsi
    üçün bütün zəruri imkanlar səfərbər edilmişdir. Və təqdirəlayiq haldır ki, rayonun
    ümumtəhsil məktəblərində bu inkişaf dinamikası günbəgün artmaqda davam edir.

    Bütün bu fədəkar əməllərin
    nəticəsidir ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris
    ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə
    tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin
    elmi statistik təhlili zamanı aydın olur ki, 2020-ci il məzunlarının ali təhsil
    müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II
    yerdə qərarlaşıb. Həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək
    nəticə göstərmiş (500-700 intervalında bal toplayanlar) abituriyentlərin bölgələr
    üzrə nəticəsinə görə Qubadlı rayonu üzrə ümumi təhsil məktəbləri IV yerdə qərar
    tutub.

     Ümumi
    təhsil müəssisələrinin XI sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə
    əsasən Qubadlı rayonu Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra
    respublikada I yerdədir.

    Yenə
    də ümumi təhsil müəssisələri üzrə IX sinif şagirdlərinin buraxılış
    imtahanındakı nəticələrinə görə isə Təhsil Nazirliyinə tabe və özəl liseylərdən
    sonra Qubadlı rayonu respublikada VIII pillədə qərarlaşıb.Aran
    Medi qəzetinin baş redaktoru və Qubadlı Rayon Təhsil şöbəsində işləyən bir müəllim
    kimi mən də fəxr edirəm ki, Qubadlı təhsili belə böyük uğurlara imza atır. Buna
    görə də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və Rayon
    Təhsil Şöbəsinin müdri Fuad Bədəlova, ən nəhayət Azərbaycan Respublikası Təhsil
    Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Mən bu məqamda fən müəllimlərinə
    də öz minnətdarlığımı bildirirəm, çünki  bu işdə ən böyük yük fənn müəlimlərinin çiyinlərinə
    düşür. Bir sözlə əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini, məktəb
    rəhbərlərini, pedaqoji kollektivlərini təbrik edir, uğurlarının davamlı
    olmasını arzulayıram.

    Ümid
    edirəm ki, Qubadlı təhsil sistemi öz tarixi ənənələrini daim qoruyub
    saxlamaqla, gələcəkdə də ölkəmiz və millətimizin xoşbəxt gələcəyi naminə böyük
    uğurlara imza atacaq.  

     Şeyda Əzizova,      “AranMedia” qəzetinin baş redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib48 dəfə
    Qubadlı təhsilinin inkişaf dinamikası günbəgün artmaqda davam edir

    Maraqlı gələ bilər
    114